Fövqəladə hallar zamanı insanların təhlükəsiz şəkildə obyekt ərazisindən çıxarılmasını təmin etmək üçün peşəkar təxliyə planları hazırlanır. Planların hazırlanması zamanı binanın strukturu, giriş-çıxış yolları, mərtəbələr, təxliyə istiqamətləri və təhlükəsizlik tələbləri nəzərə alınır. Hazırlanan planlar insanların fövqəladə vəziyyət zamanı düzgün istiqamətləndirilməsinə və təxliyə prosesinin daha operativ təşkilinə xidmət edir.